Memleket tarihy institýty

Казақстан Республикасы, Астана қ, Мәңгілік Ел көшесі 8, 14 кіре беріс

 

Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndəsi Qazaxıstanda keçirilən elmi konfransda iştirak edib

Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndəsi Qazaxıstanda keçirilən elmi konfransda iştirak edib 26.04.2019

Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndəsi Qazaxıstanda keçirilən elmi konfransda iştirak edib

Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondunun dəstəyi və Dövlət Tarixi İnstititunun təşkilatçılığı ilə cari ilin 19 aprel tarixində Nur-Sultan şəhərində Beynəlxalq elmi konfrans keçirilmişdir.

«Mолодежь Великой степи: историческая миссия и формирование нации Единого будущего» adlı Beynəlxalq elmi konfransda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elmi katibi Cavid Əliyev iştirak etmişdir.

“Parallels between youth policy and volunteer movement”  mövzusu ilə çıxış edən Cavid Əliyev ölkəmizdə fəaliyyət göstərən könüllülük təsisatı, onun inkişafı və perspektivləri barədə məlumat verdi. Qeyd etdi ki, ölkəmizdə keçirilən Avroviziya, Birinci Avropa oyunları, İslam Olimpiya oyunları, Formula 1 yarışması, Beynəlxalq Humanitar Forumu,  Mədəniyyətlərarası Dialoq Forumu və digər siyasi, mədəni və idman tədbirlərində könüllülər iştirak etmişlər.

Vətəndaş cəmiyyətinin inkişafına töhfə verən könüllülük institutu burada fəaliyyət göstərən hər bir fərdin dövlət siyasətinə olan dəstəyinin ifadəsi olduğunu bildirdi.

Dövlət Tarixi İnstitutu ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İnstitutun direktoru tarix elmləri doktoru, professor Burkitbay Ayaqan Mərkəzin Fəxri Fərmanı ilə təltif olundu.

Tədbirin yekununda konfransda iştirak edən gənc alimlərə təşəkkür məktubu təqdim olundu.

http://mct.gov.az/az/umumi-xeberler/elmi-metodiki-ve-xtisasartirma-merkezinin-numayendesi-qazaxistanda-kecirilen-elmi-konfransda-istirak-edib?fbclid=IwAR1pT54HbwyCYsd2R_7nNf1pl1l7lW-9oyCr4R58nrSH2V8gog2gp0dY1vE


Возврат к списку



«Мемлекет тарихы институты» ММ-нің директоры
Бүркітбай Ғелманұлы Аяған


© Copyright 2013. Мемлекет тарихы институты
Яндекс.Метрика